İrakli Ğaribaşvili - Dünyanın Hökumətləri zirvə toplantısında BƏƏ-nin vitse-prezidenti, Baş nazir və Dubay hökmdarı ilə məhsuldar söhbətim oldu
Baş nazir İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla söhbəti haqqında yazır.
“Dünyanın Hökumətləri zirvə toplantısında Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla məhsuldar söhbətim oldu. Mən Gürcüstanın böyük tərəfdaş ölkədə – Birləşmiş Ərəb Əmirliklərində qəbul edildiyi üçün minnətdaram. Görüşdə dərinləşmiş dostluq, iqtisadi əlaqələrin və əlaqələndiricilik qabiliyyətinin inkişafını müzakirə etdik”- deyə İrakli Ğaribaşvilinin “Twitter” səhifəsində qeyd olunur.