İrakli Ğaribaşvili - dünya bazarlarının dağılması fonunda biz beş ay ərzində ikirəqəmli iqtisadi artımın olacağına nail olduq, heç bir dağıdıcı qüvvənin bu prosesi ləngitməsinə imkan verməyəcəyik
İrakli Ğaribaşvili - dünya bazarlarının dağılması fonunda biz beş ay ərzində ikirəqəmli iqtisadi artımın olacağına nail olduq, heç bir dağıdıcı qüvvənin bu prosesi ləngitməsinə imkan verməyəcəyik

 

Biz irəliləməyə , ölkəmizi inkişaf etdirməyə davam edəcəyik, ölkədə sülh, sabitlik və vətəndaşlarımızın rifahı olacaq, bu, xalqımızın sifarişidir və biz bu tapşırığı hamımız birlikdə yerinə yetirəcəyik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazirin də qeyd etdiyi kimi, iqtisadiyyatın tənəzzülə uğraması və Ukrayna müharibəsi fonunda bütün ölkələrin çağırışla qarşı-qarşıya qalması şəraitində, Gürcüstan beş ayda ikirəqəmli iqtisadi artımın olacağına nail ola bilib.

” Maliyyə nazirindən aldığım ilkin məlumatlara görə, bizdə çox yaxşı iqtisadi artım var. Təbii ki, Milli Statistika İdarəsinin rəsmi məlumatını gözləyirik. May ayında da ikirəqəmli iqtisadi göstəricilər gözləyirik. Belə çıxır ki, bu il, beş ay ərzində ikirəqəmli iqtisadi artım olacaq. Dünya bazarlarının dağılması, iqtisadiyyatın tənəzzül yaşaması və ümumiyyətlə hər yerdə problemin olması, Ukrayna müharibəsi fonunda hər bir ölkənin çağırışla qarşılaşması şəraitində bu, həqiqətən də Avropada görünməmiş haldır. Biz beş ayda ikirəqəmli iqtisadi artımın olacağına nail ola bilmişik.

Bu il, birinci rübdə birbaşa xarici investisiyalar istiqamətində rekord göstəriciyə malikik. Turizm, ticarət, ixracat artır, lari güclənir. Bütün istiqamətlərdə müsbət dinamikamız var. Bunu, əlbəttə ki, biz qoruyub saxlayacağıq, indi daha da yüksək templə işləməyə davam etməliyik və təbii ki, heç bir dağıdıcı qüvvənin bu prosesi ləngitməsinə imkan verməyəcəyik. Biz irəliləməyə , ölkəmizi inkişaf etdirməyə davam edəcəyik, ölkədə sülh, sabitlik və vətəndaşlarımızın rifahı olacaq, bu, xalqımızın sifarişidir və biz bu tapşırığı hamımız birlikdə yerinə yetirəcəyik” – deyə baş nazir bildirib.