İrakli Ğaribaşvili - dünən üçtərəfli görüşlər keçirdik, Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu olaraq regionda sülhün bərqərar olmasında maraqlıdır
Dünən üçtərəfli görüşlər keçirdik. Gürcüstan qərəzsiz vasitəçi, Ermənistan və Azərbaycanın dostu olaraq regionda sülhün bərqərar olmasında maraqlıdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədovun da iştirak etdiyi Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının tikintisinə başlanılması mərasimində bildirib.
İrakli Ğaribaşvili “Tbilisi İpək Yolu” forumunda iştirakına görə Azərbaycanın Baş nazirinə təşəkkür edib.
“Biz bunu çox yüksək qiymətləndiririk. Həmçinin, dünən birlikdə mühüm görüşlər keçirməyimizi də qiymətləndiririk. Həmçinin üçtərəfli görüş və söhbət də oldu. Gürcüstan qərəzsiz, neytral, obyektiv vasitəçi və hər iki ölkənin, Ermənistan və Azərbaycanın dostu olaraq regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasında maraqlıdır, Gürcüstan və mən, hökumət başçısı kimi bu prosesdə iştirak etməyə hazırıq”- İrakli Ğaribaşvili bildirib.