İrakli Ğaribaşvili - dünən böyük faciə baş verdi, mən bir daha Maritanın ailəsinə, yaxınlarına və dostlarına başsağlığı vermək istəyirəm
Mən bir daha vəfat edən gənc Maritanın ailəsinə, yaxınlarına, dostlarına, ictimaiyyətimizə başsağlığı vermək istəyirəm, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Svetisxoveli Bayramı ilə bağlı keçirilən ibadət-dua mərasimdə iştirak edərkən bəyan etdi.
“Dünən təəssüflər ki, böyük faciə baş verdi. Bu gün bayram əhval ruhiyyəsində deyilik. Mən bir daha vəfat edən gənc Maritanın ailəsinə, yaxınlarına, dostlarına, ictimaiyyətimizə başsağlığı vermək istəyirəm. Tanrı onu r uhunu şad etsin”, – Baş nazir bəyan etdi.