İrakli Ğaribaşvili -dövlət tərəfindən onkoloji xəstəlikdən əziyyət çəkən 300 uşaq dünyanın ən yaxşı klinikalarında tam maliyyələşdiriləcək
300 onkoloji pasiyent, uşaq dövlət tərəfindən tam maliyyələşdiriləcək, biz uşaqların müalicə ediləcəyi dünyanın ən yaxşı klinikalarını seçmişik -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili açıqlayıb.
Hökumət başçısı təəssüf ki, Gürcüstanda onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinin çox vaxt mümkün olmadığını, bunun da böyük vəsaitlə bağlı olduğunu deyib.
“Bildirmək istərdim ki, bir müddət əvvəl səhiyyə nazirinə göstəriş vermişəm və biz olduqca mühüm məsələ üzərində işə başlamışıq. Belə ki, bildiyiniz kimi Gürcüstanda onkoloji diaqnoz qoyulan 300-ə yaxın uşaq var, onlar təbii ki, dövlətimiz tərəfindən maliyyələşdirilir və müalicə olunur, onlara ildə 10 milyon lari ayrılıb, lakin onuda bilirsiniz ki, təəssüf ki, bu gün Gürcüstanda tam və keyfiyyətli, yüksək standartlı xidmətlər göstərmək üçün bütün şərait yaradılmayıb. Bir çox halda bu uşaqları xaricdə müalicə etmək lazım olur. Minlərlə ABŞ dollarına başa gələn götürək proton terapiyası, radiasiya və sair kimi xidmətlər bir kurs üçün ən azı 10.000 avroya başa gələ bilər. Təbii ki, vətəndaşlarımızın bunu etməyə imkanı yoxdur, hamının bunu etmək imkanı yoxdur, dövlətin də imkanı yoxdur, çünki bizdə bu istiqamətdə müəyyən məhdudiyyətlər var, belə xidmətlər dövlət referal xidmətləri proqramı ilə maliyyələşdirilir, beləliklə bu məsələ həll olunmamış və qərarlaşdırılmamışdı. Verdiyimiz qərarla 300 onkoloji pasiyent, uşaq dövlət tərəfindən tam maliyyələşdiriləcək. Biz bu uşaqların müalicə olunacağı dünyanın ən yaxşı klinikalarını seçmişik” – deyə Baş nazir açıqlayıb.
İrakli Ğaribaşvili bəhsi keçən bu proqrama təxminən 30 milyon lari ayrılacağını bildirib.
“Büdcəyə 30 milyon lariyə qədər vəsait ayrılacaq. Müalicə və ya yaşayış xərcləri, səyahət xərcləri olsun, bütün xərcləri tam qarşılayacağıq. Belə ki, onkoloji diaqnoz qoyulan bütün uşaqlar dövlət tərəfindən maliyyələşdiriləcək. Bu, təxminən 300 uşaqdır. Məsələ həyatın xilas edilməsi ilə bağlıdır və əlbəttə ki, bütün belə insanlara kömək etmək bizim borcumuzdur. Bu məqsədlə müvafiq vəsait tapa bilməyimiz olduqca yaxşıdır. Buradaca xatırlatmaq istərdim ki, bir neçə il əvvəl mənim təşəbbüsümlə Həmrəylik Fondunu təsis etdik, 25 milyon lari çərçivəsində min benefisiar uşağın, onkoloji pasiyentin müalicəsini maliyyələşdirdik, indi isə bu proqramdan sonra heç bir uşağın maliyyələşdirmə problemi olmayacaq, heç bir ailə problemlə üzləşməyəcək. Biz hamını dünyada tanınan ən yaxşı klinikalarda müalicə edəcəyik” –deyə Ğaribaşvili açıqlayıb.