İrakli Ğaribaşvili -Dövlət Qulluqçularının Peşə Günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara xalq və dövlət qarşısında xidmətlərinə görə təşəkkür edirəm
Dövlət Qulluqçularının Peşə Günü münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara xalq və dövlət qarşısında xidmətlərinə görə təşəkkür edirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Facebook”da yazır.
Ğaribaşvili bildirib ki, dövlət qulluqçularının töhfəsi əvəzsizdir, çünki peşəkar dövlət qulluqçuları hər bir dövlət institutunun hərəkətverici qüvvəsi, onun inkişafının əsas aktorlarıdır.
“Dünyadakı cari hadisələrə baxmayaraq, iqtidarımız tərəfindən aparılan genişmiqyaslı islahatlar nəticəsində demokratik təsisatların qurulmasında, iqtisadi yenidənqurmada, sosial və xarici-siyasi istiqamətlərdə mühüm irəliləyişlərin olduğunu görürük. Bu nailiyyətləri davam etdirmək, vətəndaşlarımızın rifahını gücləndirmək üçün islahatların davamlılığını, sistemli və əlaqələndirilmiş siyasətin planlaşdırılmasını, resursların və potensialın qiymətləndirilməsini və təhlilini, onlardan maksimum səmərəli istifadəni təmin etmək lazımdır. Bu proseslərdə dövlət məmurları kilid rol oynayırlar.
Gürcüstan hökuməti dövlət idarəçiliyində və onun ən mühüm hissəsini – Avropa prinsiplərinin yayılmasını və institusional təminatların verilməsini nəzərdə tutan dövlət qulluğunda islahatları davam etdirir. Gələcəyin dövlət qulluğunun qurulmasında dövlət qulluqçularının töhfəsini qiymətləndirmək hökumətin qeyd-şərtsiz prioritetidir. Məhz buna görə də onların maaşlarının artırılması prosesi 2022-ci ildən başlayıb və sonrakı illərdə də davam edəcək.
Bir daha peşə günü münasibətilə təbrik edirəm və hər bir dövlət qulluqçusuna gələcək tərəqqi və uğurlar arzulayıram!”-deyə İrakli Ğaribaşvili qeyd edib.