İrakli Ğaribaşvili - Dövlət Departamentinin hesabatı ilə Gürcüstanda sanksiyalardan yayınma faktının olmadığı təsdiqləndi, son aylar ərzində spekulyasiyalar və ittihamlar eşidirdik
Dövlət Departamentinin hesabatı ilə Gürcüstanda sanksiyalardan yayınma faktının olmadığı təsdiqləndi, son aylar ərzində spekulyasiyalar və ittihamlar eşidirdik-bu barədə
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ABŞ Dövlət Departamentinin hesabatını şərh edərkən bildirib.
“Dövlət Departamentinin hesabatı ilə Gürcüstanda sanksiyalardan yayınma faktının olmadığı təsdiqləndi, son aylar ərzində spekulyasiyalar və ittihamlar eşidirdik. Biz maksimal şəkildə şəffaflıqla işləyirik və gələcəkdə də belə davam edəcəyik. Bu, radikal müxalifət tərəfindən aylar boyunca davam edən böhtanlara cavabdır”- deyə İrakli Ğaribaşvili bildirib.
Bununla yanaşı, İrakli Ğaribaşviliyə ABŞ Dövlət Departamentinin hesabatının “Gürcüstanın əvvəlki hökuməti dövründə şəffaf olmayan və ehtimal ki, məcburi qaydada həyata keçirilən əmlakın verilməsi halları olub” hissəsi ilə bağlı sual ünvanlanıb.
“Mülkiyyət hüquqlarının necə qorunduğunu hamınız bilirsiniz, 2012-ci ildən bəri hakimiyyətdə olduğumuz dövrdə bu vəziyyət kökündən dəyişib. Bu gün özəl mülkiyyət qorunur və hər bir insanın sərbəst şəkildə mülkiyyətə sahib olmaq, biznesi inkişaf etdirmək hüququ var və biznes toxunulmazdır, eləcə də insanların özəl mülkiyyəti özəl mülkiyyətdir, bu, bizim vətəndaşlarımızın hüququdur” – deyə Ğaribaşvili bildirib.