İrakli Ğaribaşvili - doqquz il əvvəl Gürcüstan Avropa İttifaqının assosiativ üzvü oldu, bu tarixi hadisə Avropa İttifaqına yekun inteqrasiya istiqamətində ardıcıl addımın əsasını qoydu
İrakli Ğaribaşvili - doqquz il əvvəl Gürcüstan Avropa İttifaqının assosiativ üzvü oldu, bu tarixi hadisə Avropa İttifaqına yekun inteqrasiya istiqamətində ardıcıl addımın əsasını qoydu

 
Bundan 9 il əvvəl Gürcüstan Avropa İttifaqının assosiativ üzvü oldu. Bu özü-özlüyündə tarixi hadisə başqa nailiyyətlərin, Gürcüstanın Avropa İttifaqına yekun inteqrasiyası istiqamətində ardıcıl addımın əsasını qoydu- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Facebook”da yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, Azad Ticarət Sazişi gürcü sahibkarlara heç bir maneə olmadan öz məhsullarını Avropa İttifaqına ixrac etmək imkanı yaratdı.

“Bundan 9 il əvvəl Gürcüstan Avropa İttifaqının assosiativ üzvü oldu. Bu özü-özlüyündə tarixi hadisə başqa nailiyyətlərin, Gürcüstanın Avropa İttifaqına yekun inteqrasiyası istiqamətində ardıcıl addımın əsasını qoydu. Azad Ticarət Sazişi sahibkarlarımıza məhsullarını heç bir maneə olmadan Avropa İttifaqına ixrac etmək imkanı yaratdı. Ticarətin getdikcə artan dinamikası xalqımızın rifahı üçün nəzərəçarpacaq nəticələrə malikdir. Vizasız rejim haqqında sazişin bərabərində gətirdiyi gürcü pasportu ilə Avropa İttifaqında sərbəst hərəkət imkanı da vətəndaşlarımız üçün xüsusi əhəmiyyət kəsb edir. Ötən ilin martın 3-də mən Gürcüstanın Aİ-yə üzvlük müraciətini imzaladım. Avropa İttifaqı tərəfindən Gürcüstana Avropa perspektivinin verilməsi bu prosesin davamı oldu; Tariximizdə ilk dəfə Avropa açıq və birmənalı şəkildə Gürcüstanın Avropa İttifaqına üzv dövlət olacağını bəyan etdi. Bundan əvvəl, uzun sürən durğunluqdan sonra 10 ildən az müddətdə əldə edilən bu nailiyyət iqtidarımız və cəmiyyətin böyük bir hissəsinin birgə səyinin nəticəsidir. İnanıram ki, bu proses ilin sonunda bu səylərin layiqincə tanınması və Gürcüstanın Avropa İttifaqına üzvlüyünün həlledici mərhələsinin başlanğıcı olacaq namizəd statusunun verilməsi ilə davam edəcək”-deyə baş nazir nazir qeyd edir.