İrakli Ğaribaşvili - doqquz ay ərzində Gürcüstanda 10,2 faiz iqtisadi artım qeydə alınır, bu bütün Avropada misilsiz göstəricidir
Doqquz ay ərzində Gürcüstanda 10,2 faiz iqtisadi artım qeydə alınır, bu bütün Avropada misilsiz göstəricidir-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.
Hökumət başçısı ilin sonuna qədər ölkədə ikirəqəmli iqtisadi artımın olacağının gözlənildiyini bildirib.
“İqtisadi artıma toxunmaq istəyirəm. Bildiyiniz üzrə, mövcud geosiyasi çağırışlar və gərginlik fonunda ölkədə yüksək iqtisadi artımı qoruyub saxlayırıq. Doqquz ayda Gürcüstanda 10,2 faiz iqtisadi artım qeydə alınır. Bu, bütün Avropada misilsizdir. Həmçinin, demək istərdim ki, ixrac 40 faiz artıb və doqquz ayda artım 37,4 faiz təşkil edib. İxracdan əldə olunan gəlirlər dörd milyard ABŞ dolları təşkil edib.
Turizmin bərpası sürətli templərlə davam edir. 2019-cu illə müqayisə etsək, bu il turizm artıq 97,5 faiz bərpa olunub. Bundan əldə edilən gəlir 2,5 milyard ABŞ dolları təşkil edib.
Əvvəlcədən proqnoz vermək istəmirəm, lakin ilin sonuna qədər bizim gözləntimiz odur ki, belə yüksək iqtisadi artımı qoruyacağıq və ilin sonunda ikirəqəmli iqtisadi artım gözləyirik”-deyə baş nazir açıqlayıb.