İrakli Ğaribaşvili diplomatları Yeni il ziyafətində qəbul edib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili xanımı Nunuka Tamazaşvili ilə birlikdə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrini Yeni il ziyafətində qəbul edib.

Hökumət başçısı səfirləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, il ərzində qazanılan uğurları yekunlaşdırıb, gələcək planlardan danışıb.

İrakli Ğaribaşvili diplomatlara göstərdikləri dəstəyə və dostluğa görə təşəkkür edib. Ziyafətdə həmçinin icraçı hakimiyyətin nümayəndələri də iştirak ediblər.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.