İrakli Ğaribaşvili - dinc, sabit və inkişaf gətirən dövrün olması xalqımızın milli maraqlarındadır, gələcəyimiz Avropa İttifaqındadır, biz buna inanırıq və birlikdə nail olacağıq
İrakli Ğaribaşvili - dinc, sabit və inkişaf gətirən dövrün olması xalqımızın milli maraqlarındadır, gələcəyimiz Avropa İttifaqındadır, biz buna inanırıq və birlikdə nail olacağıq

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili pandemiya nəticəsində yaranan çətinliklərə baxmayaraq, Gürcüstanın bütün istiqamətlərdə tərəqqi əldə etdiyini bildirib.

“Ölkəmizin iqtisadiyyatı pandemiyadan sonra çox sürətlə bərpa olundu. Biz keçən il olduqca düzgün, əsaslı və effektiv addımlar atdıq. Keçən il biz ikirəqəmli iqtisadi artım əldə etdik, bu il isə bu çağırışlara və mürəkkəb vəziyyətə baxmayaraq, bizdə ikirəqəmli iqtisadi artım var. Cəmi doqquz ayda 100 mindən çox iş yeri açılıb. İstər turizm, istər iqtisadiyyat, istərsə də ixracat sahəsində irəliləyiş olduğunu siz özünüz görəcəksiniz, bütün sənaye və biznes sektoru aktivləşib”-deyə İrakli Ğaribaşvili bildirib.

Ğaribaşvili bu baxımdan ölkədə sülhün və sabitliyin qorunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Müstəqilliyi bərpa etdikdən sonra, Gürcüstanda davamlı sülh və sabitliyin hökm sürdüyü yeganə istisnadır. Biz bunu rasional siyasətimizlə, eyni zamanda, hakimiyyətə gəldikdən sonra prinsipiallığımızla bacardıq. Dinc, sabit və inkişaf gətirən dövrün olması xalqımızın və ölkəmizin milli maraqlarındadır. Bizim gələcəyimiz Avropa İttifaqındadır, biz buna inanırıq və birlikdə nail olacağıq”-deyə İrakli Ğaribaşvili Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhei ilə birgə mətbuat konfransında bildirib.