İrakli Ğaribaşvili - Didqori irsi bizim milli özünüdərk və ölkəni birləşdirə biləcəyimizə və tarixi məqsədlərə nail olacağımıza inamımızı müəyyən edir
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili vətəndaşları Didqori Bayramı münasibətilə təbrik edir.
Hökumət başçısının dediyinə görə, Didqori irsi milli özünüdərk və inamı müəyyən edir ki, bir millət kimi bir yerdə dayanmaqla, vətənə məhəbbətlə, azadlıq və müstəqillik dəyərlərinə sədaqətlə, ölkəni birləşdirə və tarixi məqsədlərimizə nail ola biləcəyik.
“Sizi Didqori Bayramı münasibətilə təbrik edirəm. “Dzlevai Sakvirveli” (Möhtəşəm möcüzə) Gürcüstanın güclüyünün, birliyinin, vətən uğrunda mübarizəsinin, fədakarlığının rəmzidir. Əsrlər boyunca məhz elə Didqori irsi milli özünüdərk və inamı müəyyən edir ki, bir millət kimi bir yerdə dayanmaqla, vətənə məhəbbətlə, azadlıq və müstəqillik dəyərlərinə sədaqətlə, ölkəni birləşdirə və tarixi məqsədlərimizə nail ola biləcəyik. Vətənimizə möhkəmlənmə, güclənmə və tərəqqi arzulayıram!”, – baş nazirin bəyanatında deyilir.