İrakli Ğaribaşvili - dərindən inanıram ki, bizim sülhsevər və dialoqa yönəlmiş siyasətimiz bizi abxaz və osetin qardaşlarımızla birlikdə vahid, demokratik dövlət qurmağa davam edəcəyimiz günə yaxınlaşdırır
İrakli Ğaribaşvili - dərindən inanıram ki, bizim sülhsevər və dialoqa yönəlmiş siyasətimiz bizi abxaz və osetin qardaşlarımızla birlikdə vahid, demokratik dövlət qurmağa davam edəcəyimiz günə yaxınlaşdırır

Bu gün Abxaziya müharibəsinin başlamasından 30 il tamam oldu. Müasir tariximizin ən dramatik hadisəsi olan qardaşlararası münaqişə əsassız dağıntılara səbəb oldu, yüz minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşdü və ən təəssüfləndiricisi, hər iki tərəfdən çoxsaylı həmvətənlərimizin – əsgərlərin və mülki şəxslərin həyatını qurban verdi, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Hökumət başçısının dediyinə görə, sülhsevər, ikitərəfli hörmət və dialoqa yönəlmiş siyasətimiz bizi abxaz və osetin qardaşlarımızla birlikdə vahid, güclü, sülhsevər, demokratik dövlət qurmağa davam edəcək günə yaxınlaşdırır.

“Bütün ictimaiyyətimizlə birlikdə onların hər birinin parlaq xatirəsini bir daha ehtiramla yad edirəm. Dərindən inanıram ki, bizim sülhsevər, ikitərəfli hörmət və dialoqa yönəlmiş siyasətimiz bizi abxaz və osetin qardaşlarımızla birlikdə vahid, güclü, sülhsevər, demokratik dövlət qurmağa davam edəcəyimiz günə yaxınlaşdırır, hansı da hər bir vətəndaşın təhlükəsizliyi, rifahı, kimliyinin qorunub saxlanılması və möhkəmlənməsi üçün bütün şəraiti yaradacaq”, – baş nazir qeyd edir.