İrakli Ğaribaşvili – Demokratiyanın konsolidasiyası, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi vasitəsilə Aİ ilə siyasi birlik Assosiasiya üçlüyünün əməkdaşlığının təməl daşıdır.
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Litva Respublikasının Prezidenti Qitanas Nausedanın adından Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Assosiyasiya üçlüyü və Aİ-yə üzv dövlətlərin liderlərinin şərəfinə təşkil olunmuş işçi nahara sosial şəbəkədə əks-səda verir.
Hökumət başçısı qeyd edir ki, Aİ ilə siyasi assosiasiya demokratiya, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi vasitəsilə assosiyasiya üçlüyünün dəyərlərinə əsaslanan əməkdaşlığın təməl daşıdır.
“Qitanas Nauseda və Aİ liderləri ilə işgüzar nahar çərçivəsində biz Gürcüstan, Moldova və Ukraynanın assosiyasiya üçlüyü ilə bağlı səmərəli müzakirələr apardıq. Demokratiya, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi vasitəsilə Aİ ilə siyasi birləşmə bizim dəyərlərə əsaslanan əməkdaşlığımızın təməl daşıdır”, – deyə İrakli Ğaribaşvili yazıb.