İrakli Ğaribaşvili "Demirören" holdinqinin sədri Yıldırım Demirörenlə görüşüb
İrakli Ğaribaşvili "Demirören" holdinqinin sədri Yıldırım Demirörenlə görüşüb

 

Gürcüstan hökumətinin başçısı İrakli Ğaribaşvili “Demirören” holdinqinin sədri Yıldırım Demirörenlə görüşüb.

Baş nazirin mətbuat xidməti tərəfindən verilən məlumatda, tərəflərin gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdiyi deyilir. Qonaqpərvərlik sənayesi, daşınmaz əmlak sektoru, enerji və informasiya texnologiyaları daxil olmaqla müxtəlif istiqamətlərdə investisiyaların yatırılması imkanlarına diqqət yetirilib.

Görüşdə şirkət tərəfindən Tsğaltuboda yeni 5 ulduzlu “Dzveli İveria” mehmanxanasının tikintisinə böyük sərmayə yatırılacağı deyilib. Görüşdə ölkədəki potensial vurğulanıb. Baş nazir, Gürcüstanda investorlar üçün sabit və əlverişli biznes mühitin olduğunu, aşağı vergilər və ölkənin unikal coğrafi yerinin isə Gürcüstanı xarici investorlar üçün xüsusilə cəlbedici etdiyini bildirib.

Hökumət Administrasiyasında keçirilən görüşdə Demirören Holdinqin vitse-prezidenti Ziya Alemdar, holdinqin Müşahidə Şurasının nümayəndələri – Sinan Oktay və Alaatin Aykaç, həmçinin “Lidia Group”un sədri Kıvanç Oktay və “Petrokas Enerji Qrupu”nun təsisçisi İvane Nakaidze iştirak ediblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.