İrakli Ğaribaşvili - dəmir yolunun tam yenilənməsi üçün təxminən 260 milyon vəsait xərclənir və biz bu işi təxminən bir ilə başa çatdıracağıq
İrakli Ğaribaşvili - dəmir yolunun tam yenilənməsi üçün təxminən 260 milyon vəsait xərclənir və biz bu işi təxminən bir ilə başa çatdıracağıq

İndi biz birbaşa Tbilisidən, yalnız Tbilisidən deyil, gələcək vətəndaşlarımıza, sərnişinlərimizə xidmət göstərəcək təmir edilmiş dəmir yolu vağzalını gözdən keçirdik, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Kutaisidə jurnalistlərə bəyan etdi.

Hökumət başçısı qeyd etdi ki, Kopitnari dəmir yolu stansiyasından Kutaisi Beynəlxalq Aeroportuna 5 dəqiqəyə çatmaq mümkün olacaq.

“Bir tərəfdən sərnişinlər qatarla gəlib, sonra artıq təyyarə ilə Avropaya uça biləcəklər. Hesab edirəm, bu, çox rahatdır və biz bu istiqamətdə fəal şəkildə fəaliyyətimizi davam etdirməliyik. Əhalimizə demək istəyirəm ki, dəmir yolunun tam yenilənməsinə təxminən 260 milyona yaxın vəsait xərclənir. Bildiyiniz kimi, dəmir yolu hissələri çox bərbad vəziyyətdə idi, stansiyalar təmir olunmalı idi və biz bu işi təxminən bir ilə başa çatdıracağıq. Nəticədə biz dəmir yolu stansiyalarını və dəmir yolu hissələrini yeniləyəcəyik ki, bu da daşıma qabiliyyətini daha da asanlaşdıracaq və vətəndaşlarımız üçün hərəkət etmə daha da rahatlaşdıracaq”, – Ğaribaşvili bəyan etdi.