İrakli Ğaribaşvili - dəhlizimiz istiqamətində daha çox yük daşınmasından və daşımaların həcminin artmasından sonra, həmçinin dəmir yollarının gəlirləri artıb
İrakli Ğaribaşvili - dəhlizimiz istiqamətində daha çox yük daşınmasından və daşımaların həcminin artmasından sonra, həmçinin dəmir yollarının gəlirləri artıb

 
Gürcüstan Dəmir Yolları 2022-ci ilin birinci yarısını 161 milyon lari həcmində rekord mənfəətlə başa vurub-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazir, dəhlizimiz istiqamətində daha çox yük daşındığını və müvafiq olaraq daşımaların həcminin də artdığını bildirib.

“Dəhlizimiz istiqamətində daha çox yük daşınmasından və daşımaların həcminin artmasından sonra, həmçinin dəmir yollarının gəliri artıb və birinci yarını, 6 ayı rekord 161 milyon lari qazancla başa vurub. Bu çox vacib məlumat və rekord göstəricidir. Burada da əməliyyat gəlirləri artıb, mənfəət barədə artıq məlumat vermişəm, ümumi əməliyyat gəlirləri 311 milyon lari təşkil edib və bunun 161 milyon larisi mənfəətdir”- deyə baş nazir qeyd edib.