İrakli Ğaribaşvili - dəhlizimiz bu gün xüsusi əhəmiyyət kəsb edir, bu səbəbdən səylərimizi limanlara, infrastruktura və dəmir yollarına yönəldəcəyik
İrakli Ğaribaşvili - dəhlizimiz bu gün xüsusi əhəmiyyət kəsb edir, bu səbəbdən səylərimizi limanlara, infrastruktura və dəmir yollarına yönəldəcəyik

 
Anaklia limanı tikiləcək, qeyd olunan strateji obyektin sahibi dövlət olmalıdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili illik hesabatı təqdim edərkən açıqlayıb.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, Anaklia limanının qalan 49 faizi üçün beynəlxalq tender elan ediləcək.

“Bildiyiniz üzrə bir neçə həftə əvvəl biz Anaklia limanının tikintisini elan etmişdik, qərarımıza əsasən o tikiləcək. Sözügedən strateji obyektin sahibi dövlət olmalıdır, Anaklia limanının 51 faizi dövlətə məxsus olacaq. Poti limanı özgəninkiləşdirilib, Batumi limanı özgəninkiləşdirilib, bizim tariflər və ya başqa bir şeylə bağlı müəyyən tənzimləmələr etmək üçün heç bir təsir vasitəmiz yoxdur, bu səbəbdən dünya ölkələri, xüsusən də Mərkəzi Asiya ölkələrinin şaxələndirilmənin, yeni marşrutların inkişaf etdirilməsinin zəruriliyi barədə razılaşması fonunda dəhlizimiz xüsusi əhəmiyyət kəsb edir. Dəhlizimizə xüsusi diqqət yetirilir, bu səbəbdən tam qaydasında olan liman, limanlar, infrastruktur, dəmir yolu olmalıdır və məhz bu istiqamətdə biz xüsusi səylər göstərəcək, xüsusi sərmayələr qoyacağıq. Qalan 49 faiz üçün biz beynəlxalq tender elan etmək istəyirik, bir çox şirkətlər maraq göstərir və müvafiq nəticələr yaxın bir neçə ay ərzində açıqlanacaq”- deyə Ğaribaşvili açıqlayıb.