İrakli Ğaribaşvili Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin açılışında iştirak edib
İrakli Ğaribaşvili Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin açılışında iştirak edib

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə BMT Baş Assambleyasının himayəsi altında dövlət və hökumət başçıları səviyyəsində dörd ildən bir keçirilən Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin açılışında iştirak edib.

Məlumatı Gürcüstan hökuməti yayır.

Sammiti BMT Baş Assambleyasının Prezidenti Denis Fransis və BMT-nin baş katibi Antonio Qutierreş açıblar.

“Dayanıqlı İnkişaf Məqsədləri Sammiti 2030-cu ilin Gündəliyi qəbul edildikdən sonra ikinci dəfədir keçirilir. İlk sammit 2019-cu ildə keçirilib. Builki sammit 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin ortamüddətli qiymətləndirilməsi hədəfini daşıyır. Sammitin məqsədi çoxşaxəli və bir-biri ilə əlaqəli böhran səbəbindən dünyanın üzləşdiyi çağırışlar fonunda Dayanıqlı İnkişaf Məqsədlərinin irəliləyişinin ortamüddətli qiymətləndirilməsini aparmaq və 2030-cu ilin gündəliyinin sürətləndirilmiş şəkildə həyata keçirilməsini təşviq etməkdir. Sammitin sonunda iştirakçılar siyasi bəyannamə qəbul edəcəklər.

Sammit çərçivəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili digər liderlərlə birlikdə çıxış edəcək. Dialoqun mövzusu “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün inteqrasiya olunmuş siyasətlərin və dövlət institutlarının gücləndirilməsi”dir. Baş nazir sentyabrın 22-də BMT-nin Ümumi Debatında dünya liderləri qarşısında çıxış edəcək” – Gürcüstan hökumətinin məlumatında qeyd olunur.