İrakli Ğaribaşvili Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən şam yeməyində iştirak edib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən “Sabahın Avropasını qururuq” adlı şam yeməyində iştirak edib.
Hökumət başçısı dəvət olunmuş qonaqlar qarşısında çıxış edib.
İrakli Ğaribaşvili Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsinin vacibliyindən və Gürcüstanın Avropaya inteqrasiya prosesindən danışıb.
Dünya İqtisadi Forumunun prezidenti Brende Borqe, Belçika Krallığının Baş Naziri Aleksander de Kro, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Qeorqieva, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç, Avropa Komissiyasının icraçı vitse-prezidenti və ticarət üzrə Avropa komissarı Valdis Dombrovski, Kanadanın baş nazirinin müavini, maliyyə naziri Kristia Friland və Polşanın xarici işlər naziri Radoslav Sikorski dəvət olunmuş qonaqlara müraciət ediblər.