İrakli Ğaribaşvili Daşkənddə Şota Rustaveli adına skverin açılış mərasimində iştirak etdi
İrakli Ğaribaşvili Daşkənddə Şota Rustaveli adına skverin açılış mərasimində iştirak etdi

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Tbilisi meri, Kaxa Kaladze ilə birlikdə Daşkənddə yenidən qurulan Şota Rustaveli adına skverin açılış mərasimində iştirak etdi. Məlumatı  hökumət administrasiyası yayır.

Hökumət başçısı paytaxt meri ilə birlikdə Şota Rustavelinin skverdəki abidəsini gül-çiçəklə bəzədi.

Özbəkistanın paytaxtı Daşkəndin mərkəzi küçələrindən biri Şota Rustavelinin adını daşıyır. Şota Rustavelinin abidəsi də həmin küçədə yerləşir və ona yaxın skver də Şota Rustavelinin adını daşıyır. Gürcüstanın Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Zurab Abduşelişvilinin təşəbbüsü və Daşkənd Meriyasının dəstəyi ilə Şota Rustaveli abidəsi və skveri 2022-ci ildə tamamilə yenidən quruldu.