İrakli Ğaribaşvili Danimarka Krallığının Baş naziri Mete Frederiksen ilə telefon danışığı aparıb.
İrakli Ğaribaşvili Danimarka Krallığının Baş naziri Mete Frederiksen ilə telefon danışığı aparıb.

Baş nazir İrakli Ğaribaşvili ilə Danimarka Krallığının Baş naziri Mete Frederiksen arasında telefon danışığı zamanı Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası, ikitərəfli münasibətlər və Ukraynada davam edən hərbi əməliyyatlar əsas müzakirə mövzusu olub.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Gürcüstan və Danimarka Krallığının baş nazirləri Ukraynada baş verən proseslərə və müharibənin tez bir zamanda dayandırılması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin vacibliyinə diqqət yetiriblər.

“Söhbət zamanı Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiya prosesində əldə etdiyi mühüm irəliləyiş vurğulanıb. İrakli Ğaribaşvili qeyd edib ki, Gürcüstan Aİ-yə üzvlük üçün rəsmi müraciət edib və bu prosesdə müttəfiqlərin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Baş nazir ümidvar olduğunu bildirib ki, Danimarka Krallığı bu yolda Gürcüstanın yanında olacaq.

“İrakli Ğaribaşvili Danimarka Krallığına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyə görə təşəkkür edib”, – hökumət administrasiyasının mətbuat xidməti bildirib.