İrakli Ğaribaşvili - Daxili düşmənlərin destruktiv hərəkətləri ölkəyə, sabitliyimizə birbaşa çağırış və təhlükədir
Ölkəmizin inkişafının əsasını təşkil edən davamlı dinc, sabit dövrümüz var – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili parlamentə illik hesabatını təqdim edərkən deyib.
İrakli Ğaribaşvilinin qeyd etdiyinə əsasən, Gürcüstan hökuməti, təkcə xarici təhlükələr deyil, həm də daxili təhlükələr olduğu bir dövrdə işləməli olur.
“Biz elə bir şəraitdə çalışmalı oluruq ki, bizdə təkcə xarici təhlükələr deyil, həm də daxili təhlükələr var, daxili düşmənlərin destruktiv hərəkətləri birbaşa çağırışdır, ölkəmizə, sabitliyimizə təhlükədir. “Gürcü Arzusu”nun son on ildə edə bildikləri, həqiqətən də, görünməmiş bir şeydir. Bizim davamlı dinc dövrümüz, davamlı sabit dövrümüz var və məhz bu da ölkəmizin inkişafının əsasını təşkil edir” – baş nazir bildirib.