İrakli Ğaribaşvili Cozef Borellə görüşüb
İrakli Ğaribaşvili Cozef Borellə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Münhendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellə görüşüb.

Hökumət Administrasiyasının Mətbuat Xidmətinin məlumatında İrakli Ğaribaşvili ilə Cozef Borel arasında keçirilən görüşdə müzakirə olunan əsas məsələlərin regionda mövcud təhlükəsizlik mühiti, 12 bəndlik planın icrası prosesində Gürcüstanın atdığı uğurlu addımlar, Avropa Komissiyasının Gürcüstan haqqında dərc etdiyi analitik hesabat olduğu deyilir.

Verilmiş məlumatda bildirilir ki, görüşdə Avropa Şurasının Gürcüstan üçün müəyyən etdiyi 12 prioritetin yerinə yetirilməsi prosesi vurğulanıb, onun əksəriyyəti tam yerinə yetirilib, qanunvericilik aktlarının bir hissəsi isə yekunlaşdırılmaq üçün Venesiya Komissiyasına göndərilib. Hökumət başçısının qeyd etdiyi kimi, ölkə üçün Avropa İttifaqına daxil olmaq yolunda növbəti mərhələ namizəd statusunun alınmasıdır.

Görüşdə Avropa Komissiyasının hesabatının Gürcüstanın ölkənin Avropa İttifaqı ilə qanunvericilik və institusional uyğunluğunu təmin edən istiqamətlərdə göstərdiyi səyləri müsbət qiymətləndirdiyi xüsusilə vurğulanıb ki, bununla da Gürcüstanın sektoral islahatlar baxımından açıq şəkildə lider olduğu bir daha aydın olur.

Görüşdə region və dünyada mövcud təhlükəsizlik mühiti və çağırışlara toxunulub. Hökumət başçısı Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib.