İrakli Ğaribaşvili - Çinlə strateji tərəfdaşlığa, qarşılıqlı hörmətə əsaslanan dostluğa, ümumi rifah və davamlı inkişaf baxışına böyük əhəmiyyət veririk
Coğrafi uzaqlığa baxmayaraq, Çin və Gürcüstanın bir çox ortaq xüsusiyyətləri var – hər iki xalq zəngin tarixə və qonaqpərvərliyi, ailə müqəddəsliyini və adət-ənənələrə hörməti vurğulayan dəyərlərə malikdir -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çin-Gürcüstan Biznes Forumunda çıxışı zamanı açıqlayıb.
O, qeyd edib ki, Gürcüstan Çinlə strateji tərəfdaşlığa, qarşılıqlı hörmətə əsaslanan dostluğa, ümumi rifah və davamlı inkişaf baxışına böyük əhəmiyyət verir.
“Bu fürsətdən sevinclə istifadə edib sizi ölkəmlə qısaca tanış edəcəyəm. Əvvəla, xatırlatmaq istərdim ki, Gürcüstan 3000 illik dövlətçilik tarixi ilə Qafqaz regionunda əsrlər boyu bir çox sivilizasiyaların qəlbi olmuşdur. Çin kimi Gürcüstan da zəngin tarixə və mədəniyyətə malik ən qədim ölkələrdən biridir. Ölkəm həm İpək Yolunun ayrılmaz hissəsi, həm də Avropa ilə Asiya arasında birləşdirici körpü olmaqla, strateji baxımdan mühüm geosiyasi kəsişmədə yerləşir. Bu unikal coğrafi yer şərq və qərb sivilizasiyalarının Gürcüstanda birləşməsinə imkan verdi və bu iki dünyanın mədəniyyətlərinin cəlbedici qarışığını yaratdı. Bizim irsimiz müxtəlif sivilizasiyaların təsirini əks etdirir, lakin unikallığı ilə seçilir. Gürcü mədəniyyətinin özünəməxsus və silinməz cazibəsi var – canlı ənənəvi rəqslərdən və ruhu oxşayan polifonik nəğmələrdən tutmuş nadir ləzzətli yeməklərə və Gürcüstanı şərabçılığın vətəni kimi məşhur edən çoxəsrlik şərabçılıq ənənəsinə qədər. Coğrafi uzaqlığa baxmayaraq, Çin və Gürcüstanın bir çox ortaq xüsusiyyətləri var – hər iki xalq zəngin tarixə və qonaqpərvərliyi, ailə müqəddəsliyini və adət-ənənələrə hörməti vurğulayan dəyərlərə malikdir. Bu dəyərlər gürcü kimliyinin mahiyyətini təşkil edir, bizi müəyyən edən əsas prinsipləri təmsil edir. Onları qorumaqla biz irsimizə hörmətlə yanaşır, milli birlik və rifah üçün əsas yaradırıq, yenilik və müasirliyi inkişaf etdiririk. Bu yolda Çinlə strateji tərəfdaşlığa, qarşılıqlı hörmətə əsaslanan dostluğa, ümumi rifah və davamlı inkişaf baxışına böyük əhəmiyyət veririk” – deyə baş nazir açıqlayıb.