İrakli Ğaribaşvili Çin Xalq Respublikasına işgüzar səfərə gedəcək
İrakli Ğaribaşvili Çin Xalq Respublikasına işgüzar səfərə gedəcək

 
İyulun 26-da Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Çin Xalq Respublikasına işgüzar səfərə gedəcək.

Hökumət başçısı dünya liderləri ilə birlikdə Çenqduda 31-ci FİSU Yay Ümumdünya Universitet Oyunlarının açılış mərasimində iştirak edəcək.

Bu il Ümumdünya Universitet Oyunlarında 50 gürcü tələbə iştirak edir. 31-ci FISU Yay Ümumdünya Universitet Oyunlarının açılış mərasimindən sonra baş nazir nümayəndə heyəti ilə Pekinə yola düşəcək.

Səfər çərçivəsində Pekin və Çenqdu şəhərlərində ikitərəfli, yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.