İrakli Ğaribaşvili – Ceyms  Appaturay ilə görüşdə Gürcüstanın avroatlantik yolda əldə etdiyi mühüm nailiyyətləri müzakirə etdik
İrakli Ğaribaşvili – Ceyms  Appaturay ilə görüşdə Gürcüstanın avroatlantik yolda əldə etdiyi mühüm nailiyyətləri müzakirə etdik

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturay ilə baş tutan görüşünə “Twitter” sosial şəbəkəsində  münasibət bildirib.

“Ceyms Appaturayın Tbilisiyə səfərini müsbət qiymətləndirirəm. NATO-Gürcüstan əməkdaşlığı, Qara dənizin təhlükəsizliyi məsələləri, eləcə də Gürcüstanın Avroatlantik yolda əhəmiyyətli nailiyyətləri və inteqrasiya prosesinin siyasi ölçüsündə daha çox  irəliləyişin zəruri olduğunu müzakirə etdik” -deyə  İrakli Ğaribaşvili yazır.