İrakli Ğaribaşvili - bütün tövsiyələrin layiqincə və əsaslı şəkildə həyata keçirilməsi üçün səylərimizi əsirgəməyəcəyik, ümid edirik ki, müxalifət bu prosesə məsuliyyətli yanaşma ilə qoşulacaq
İrakli Ğaribaşvili - bütün tövsiyələrin layiqincə və əsaslı şəkildə həyata keçirilməsi üçün səylərimizi əsirgəməyəcəyik, ümid edirik ki, müxalifət bu prosesə məsuliyyətli yanaşma ilə qoşulacaq

 

Bütün tövsiyələrin layiqincə və əsaslı şəkildə həyata keçirilməsi üçün biz öz tərəfimizdən səylərimizi əsirgəməyəcəyik – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhei ilə birgə mətbuat konfransında bildirib.

O, müxalifətin bu prosesə məsuliyyətli yanaşma ilə qoşulacağına ümid etdiyini bildirib.

“Bir daha aydınlaşdırmaq istərdim ki, bütün tövsiyələrin layiqincə və əsaslı şəkildə həyata keçirilməsi üçün biz öz tərəfimizdən səylərimizi əsirgəməyəcəyik. Məhz bu məqsədlə parlament tərəfindən işlənib hazırlanmış və ictimaiyyətə, o cümlədən avropalı tərəfdaşlarımıza təqdim olunan qrafik tərtib edilib. Bu məqsədlə hər bir tövsiyə ilə bağlı işçi qrupu yaradılıb və aktiv iş aparılır. Biz səylərimizi azaltmayacağıq və ən qısa müddətdə hər şeyi edəcəyik. Geridə qalan müxalifətin görəcəyi işdir. Mən də Avropa komissarının ifadə etdiyi nikbinliklə cavab vermək istəyirəm. Ümid edirik ki, müxalifət bu prosesə məsuliyyətli yanaşma ilə qoşulacaq” –deyə Ğaribaşvili bildirib.