İrakli Ğaribaşvili - bütün ölkələrə hörmət edirik, lakin əvvəlcə hər şeydən çox ölkəmizi sevirik
Biz suveren dövlətik və ilk növbədə ölkəmizə lazım olanı etməliyik, bütün ölkələrə hörmət edirik, lakin əvvəlcə hər şeydən çox ölkəmizi sevirik- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdə çıxışı zamanı bildirib.
Baş nazir hökumətin Amerika Birləşmiş Ştatları və Avropa ölkələri ilə bir çox istiqamətlərdə əməkdaşlıq etdiyini, birlikdə bir çox uğurlu layihələr həyata keçirdiklərini və bu əməkdaşlığın daha da güclənəcəyini bildirib.
“Çıxış etmiş bir neçə nəfərə cavab vermək və çox qısa şəkildə demək istərdim ki, əlbəttə ki, bizim strateji tərəfdaşlarımızla istər ABŞ, istərsə də Avropa dövlətləri ilə bir çox istiqamətlərdə əməkdaşlığımız var. Biz birlikdə çoxlu uğurlu iş, proqram, layihələr həyata keçirmişik və bu əməkdaşlıq davam edir. Hökumət başçısı kimi mən bunu daha da gücləndirmək üçün hər şeyi edirəm və edəcəyəm. Ola bilər ki, bizim tərəfdaşlarımızla fərqli fikir və baxışlarımız var, bu təbiidir. Biz suveren dövlətik və ölkəmizə, xalqımıza nə lazımdırsa, ilk növbədə bunu etməliyik. Biz bütün ölkələrə hörmət edirik, lakin əvvəlcə hər şeydən çox ölkəmizi sevirik. Əvvəlcə, ölkəmizin qayğısına qalmalıyıq, hazırda və gələcəkdə nəyə ehtiyac olduğunu düşünməliyik” – deyə baş nazir bildirib.