İrakli Ğaribaşvili - Bütün munisipalitetlərdə yeni Avropa tipli mərkəzlər yaradılacaq
İrakli Ğaribaşvili - Bütün munisipalitetlərdə yeni Avropa tipli mərkəzlər yaradılacaq

 

Qurjaani daxil olmaqla bütün munisipalitetlərdə yeni Avropa tipli mərkəzlər yaradılacaq, – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Bakurtsixe-Telavi-Axmeta maqistral yolunun yeni 15 km-lik hissəsinin açılış mərasimində bildirib.

Hökumət başçısının sözlərinə görə, işlər yaxın iki həftədə başlayacaq, ümumilikdə 500 milyon xərclənəcək və bütün munisipalitetlərdə müassir, Avropa tipli mərkəzlər təşkil ediləcək.

“Cənab İrakli və onun komandası yeni təşəbbüsümüz çərçivəsində artıq işləri başa vurub, bu da bütün munisipalitetlərdə urban yenilənmə layihələrinə başlamaq deməkdir. İlkin müzakirəmiz artıq baş tutdu. Təqdimatlarla tanış oldum. Qurjaani daxil olmaqla bütün munisipalitetlərdə yeni Avropa tipli mərkəzlər yaradılacaq. Bu işə yaxın iki həftə ərzində başlanacaq. Ümumilikdə 500 milyon xərclənəcək və bütün munisipalitetlərdə müassir, Avropa tipli mərkəzlər təşkil ediləcək. Urban yenilənmə layihələri önümüzdəki illərdə də davam edəcək və bütün kəndlərimizə yeni inşaat və yeni standard daxil etməliyik, bu da Avropa standardlarıdır “-deyə İrakli Ğaribaşvili bildirib.