İrakli Ğaribaşvili - bütün dünyada inflyasiya , qiymətlərin qalxması müşahidə olunur və Gürcüstan istisna ola bilməz
İrakli Ğaribaşvili - bütün dünyada inflyasiya , qiymətlərin qalxması müşahidə olunur və Gürcüstan istisna ola bilməz

 

İnflyasiya, qiymət artımı bütün dünyada olduğu kimi ölkəmizdə də problemdir və təbii ki, Gürcüstan istisna ola bilməz – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Ğaribaşvilinin sözlərinə görə, hökumət vətəndaşlar üçün artan qiymətləri yumşaltmaqda maraqlıdır.

“Ümumiyyətlə qiymətlərə, inflyasiyaya və yanacağın qiyməti məsələsinə toxunmaq istəyirəm. Dünən müəyyən etiraz aksiyası təşkil olunduğuna şahid olduq, bunun arxasında açıq şəkildə desək , “Milli Hərəkat” dayanmışdı. Başa düşürəm ki, vətəndaşlarımız qiymətlərlə bağlı çox narahatdırlar və təbii ki, biz artan qiymətləri və böhran səbəbilə yaranmış təzyiqi vətəndaşlarımız üçün mümkün qədər yüngülləşdirməkdə maraqlıyıq. Lakin vətəndaşlarımıza bir sonrakı məlumatları çatdırmaq istəyirəm. Ümumiyyətlə, inflyasiyadan danışarkən ictimaiyyətə xatırlatmaq istərdim ki, koronavirus pandemiyasının yaratdığı böhran fonunda bir çox ölkədə inflyasiya göstəriciləri nəinki proqnozları üstələyib, həm də son illərin və onilliklərin rekord səviyyəsinə çatıb. Məsələn, ABŞ-da son 40 ilin ən yüksək göstəricisi qeydə alınıb, Almaniyada isə inflyasiya son 29 ilin ən yüksək həddindədir. Eyni şey, rekord inflyasiya səviyyəsinin qeydə alındığı bütövlükdə avro zonaya da aiddir. Türkiyədə son 19 ildən sonra inflyasiya yüksəkdir.

İnflyasiya, qiymət artımı bütün dünyada olduğu kimi ölkəmizdə də problemdir və təbii ki, Gürcüstan istisna ola bilməz, bunu çox asan şəkildə izah etsək, çünki biz kiçik iqtisadiyyata malik kiçik bir ölkəyik və dünya bazarına bağlıyıq. Amerikada, Avropada baş verənlər təbii ki, bizə də təsir edəcək. Bütün dünyanı alt-üst edən pandemiyaya indi də bu faciə, müharibə əlavə oldu. İkinci Dünya Müharibəsindən sonra Avropada heç vaxt bu qədər böyük miqyaslı müharibə olmayıb. Bunun təbii ki hər kəsə və hər şeyə təsiri olacaq. Qiymətlərə, iqtisadiyyata, inflyasiyaya, buna görə də bunu yaxşı başa düşmək və vətəndaşlarımıza yaxşı izah etmək lazımdır ” – deyə İrakli Ğaribaşvili bildirib.