İrakli Ğaribaşvili - bütün böyük və ya kiçik layihə məhz elə bölgənin gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir
İrakli Ğaribaşvili - bütün böyük və ya kiçik layihə məhz elə bölgənin gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir

İqtisadi sabitlik və güclük üçün bölgənin inkişafı və yerində iş yerlərinin yaradılması vacibdir. Bütün böyük və ya kiçik layihə məhz elə bölgənin gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına xidmət edir. “Yeniləşdirilmiş bölgə” dövlət proqramının birinci mərhələsinin oriyentasiya dəyəri 500 milyon laridir. Bölgənin qazlaşdırlması və su ilə təmin edilməsi fəal həyata keçirilir, – bu barədə baş nazir Parlamentdə hesabat və ölkənin inkişafının on illik planını təqdim edərkən bəyan etdi.

Elə onun dediyinə görə, kənd və kənd təsərrüfatının gücləndirilməsi siyasətini plana uyğun həyata keçirirlər.

“Kənd və kənd təsərrüfatının gücləndirilməsi siyasətin plana uyğun həyata keçiririk. Kəndə dəstək proqramı çərçivəsində maliyyələşdirmə üçün ötən il və bu il ümumilikdə 8300-dən artıq infrastruktur layihəsi seçildi. Güzəştli aqro-kredit proqramı ilə maliyyələşdirilməsyə əlçatarlıq artdı. Əhəmiyyətli nəticələrimiz var. Məsələn – aqro çəhsullarının eksportu 942 milyon larını aşdı, bu isə, 84.5 faizlə 2012-ci ilin göstəricisindən artıqdır. Ətraf mühit sahəsində mərhələ şəklində Avropa standandartları tədbiq edirik. Yeni Meşə Məcəlləsi ağac-meşə hazırlanması işlərinin mütəşəkkil idarəsi və meşələrin müdafiəsini təmin edir. Son illərdə, rekord olaraq, 280 min hektarla qorunan ərazilərin sahəsi artdı və bu gün o ölkənin 12 faizini əhatə edir. Qorunan ərazilərdə həyata keçirilmiş bir sıra infrastruktur layihəsi və işlər yeni cəlbedici mərkəzlərini yaratdı, necə yeli sakinlər, eləcə də ümumiyyətlə əhali üçün yeni imkanlar yaratdı”, – Ğaribaşvili bəyan etdi.