İrakli Ğaribaşvili Buxarestə işgüzar səfəri çərçivəsində Rumıniyanın Baş naziri ilə görüşüb
İrakli Ğaribaşvili Buxarestə işgüzar səfəri çərçivəsində Rumıniyanın Baş naziri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili işgüzar səfəri çərçivəsində Buxarestdə Rumıniyanın baş naziri Nikolae-İonel Çuka ilə görüşüb.

Görüşdə tərəfdaş ölkələrin liderləri tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsinə dair sazişin imzalanmasının Avropa enerji təhlükəsizliyinin cari çağırışları fonunda mühüm hadisə olduğu xüsusilə vurğulanıb.

İrakli Ğaribaşvili Qara dəniz regionunda enerji təhlükəsizliyinin və əlaqənin gücləndirilməsi baxımından bu layihəyə daha da böyük əhəmiyyət verildiyini açıqlayıb. İki ölkənin bu ideyanın ilkin təşəbbüskarları olması vacibdir – Qara dənizin sualtı elektrik enerjisi kabeli layihəsi formasında, bu layihə Avropanın irimiqyaslı layihəsinə çevrildi.

Baş nazir Gürcüstanın bu təşəbbüsün vaxtında həyata keçirilməsinə sadiq qaldığını bildirib. Həmçinin görüşdə iki strateji tərəfdaş ölkə arasında mövcud sektoral əməkdaşlığın, o cümlədən ticarət-iqtisadiyyat, müdafiə və təhlükəsizlik, təhsil və mədəniyyət sahələrində daha da dərinləşdirilməsinin vacibliyinə toxunulub. Gürcüstanın Baş nazirinin görüşdə qeyd etdiyi kimi, Rumıniya son illər ərzində ölkənin aparıcı ticarət tərəfdaşları arasında qalır və Gürcüstan həm ticarət, həm iqtisadiyyat, həm də digər istiqamətlərdə mövcud potensialdan tam istifadə etməyə hazırdır.

Gürcüstanın müdafiəsini və dayanıqlığını gücləndirmək üçün son zamanlarda verilmiş mühüm maliyyə yardımı ilə bağlı qərar vurğulanıb, bununla da Rumıniya Gürcüstana güclü siyasi və praktiki dəstəyini bir daha təsdiqləyib.

İrakli Ğaribaşvili bir daha rumıniyalı həmkarına Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə, Gürcüstanın Avropa və Avro-Atlantik gündəliyinin həyata keçirməsinə dəstəyə görə təşəkkür edib.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.