İrakli Ğaribaşvili - büdcə şəffaflığı baxımından dünyada birinciyik, bu onu göstərir ki, biz xalqın sifarişlərini yerinə yetirən demokratik hökumətik
İrakli Ğaribaşvili - büdcə şəffaflığı baxımından dünyada birinciyik, bu onu göstərir ki, biz xalqın sifarişlərini yerinə yetirən demokratik hökumətik

 

Gürcüstan son doqquz ildir Şərq Tərəfdaşlığı ölkələri arasında görkəmli islahatçı və liderdir və üstəlik, keçən il biz memorandum, razılaşma imzaladıq və Assosiativ Üçlük ölkələri – Gürcüstan, Moldova, Ukrayna simasında ölkələr ayrıldı, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında danışıb.

Hökumət başçısının sözlərinə görə, Assosiativ Üçlük ölkələri arasında Gürcüstan bütün istiqamətlər, bütün parametrlər və ən əsası bütün nailiyyətlər üzrə liderdir.

“Bu, şişirdilmiş qiymətləndirmə deyil, bu Gürcüstanın bütün parametrlər üzrə bu ölkələri qabaqladığına dair bizim həmkarlarımızın, avropalı, amerikalı həmkarlarımızın və bir çox beynəlxalq nüfuzlu qurum və təşkilatların verdiyi qiymətdir. Üstəlik istər hesabatlılıq, istər hökumətin effektivliyi , şəffaflıq, islahatlar, istərsə də effektiv antikorrupsiya siyasəti olsun. Biz biznes baxımından dünyada 7-ci yerdəyik. Büdcə şəffaflığına görə Gürcüstan dünyada ilk dəfə birinci yeri tutub, biz büdcə şəffaflığına görə dünyada birinci yerdəyik. Bu, əlbəttə ki, onu göstərir ki, biz tamamilə şəffaf, xalqın sifarişini həqiqətən yerinə yetirən demokratik hökumətik və bizim iddialı planlarımız və doqquz il əvvəl, hakimiyyətə gələndə başladığımız islahatları planlı, ardıcıl şəkildə izləyirik və yerinə yetiririk.

Üstəlik deyə bilərəm ki, əlavə olaraq, təbii ki, biz yaxşı başa düşürük, bu kifayət deyil, biz bu prosesi davam etdiririk, öhdəlik olaraq götürdüyümüz islahatları davam etdiririk. Nümunə üçün deyə bilərəm ki, biz həyata keçirməli olduğumuz bütün islahatları və öhdəliklərin detallı şəkildə təsvir olunduğu Aİ Assosiasiyası Gündəliyi üzərində işi başa çatdırmışıq. Bir sıra öhdəliklər və islahatlar, təşəbbüslər məşhur Şarl Mişel Sazişindən götürülüb. Praktiki olaraq heç bir sual işarəsi qoymamışıq. Biz bütün məsələlərə vaxtında reaksiya verdik, bütün məsələləri, bütün öhdəlikləri vicdanla yerinə yetirdik.Təbii ki, indi Aİ-nin sırasıdır və Avropa son qərarı verməlidir”-deyə İ.Ğaribaşvili bildirib.