İrakli Ğaribaşvili Budapeştə yola düşdü
İrakli Ğaribaşvili Budapeştə yola düşdü

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili illik Mühafizəkarların Siyasi Fəaliyyət Konfransına (CPAC) qatılmaq üçün Macarıstanın paytaxtı Budapeştə yola düşdü. Məlumatı hökumət administrasiyası yayır.

Konfrans Budapeştdə 4-5 mayda planladırılıb, hrada da Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin nitqlə çıxışı planlaşdırılıb.

Baş nazir həmçinin yüksək səviyyəli ikitərəfli görüşlər də keçirəcək.

Baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə Xarici İşlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.