İrakli Ğaribaşvili - Bu çətin zamanda Çexiyanın yanındayıq
İrakli Ğaribaşvili - Bu çətin zamanda Çexiyanın yanındayıq

 
Bu çətin zamanda Çexiyanın yanındayıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.

Gürcüstan hökumətinin başçısı Praqada atışma nəticəsində həlak olanlarla əlaqədar Çexiya Respublikasının Baş nazirinə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzulayır.

“Bu gün Praqada baş verən atışmanın səbəb olduğu faciə bizi sarsıtdı. Çexiya Respublikasının Baş naziri Petr Piala, çex xalqı və bu faciədən zərər çəkmiş ailələrə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Bu çətin zamanda Çexiyanın yanındayıq” – Gürcüstanın Baş naziri qeyd edir.

Praqanın mərkəzində yerləşən Karl Universitetində silahlı şəxs atəş açıb. Son məlumata görə, atışma nəticəsində 15 nəfər həlak olub. İan Palax meydanında yerləşən universitet binasından insanlar təxliyə edilib, meydan və ətraf küçələr bağlanıb. Hadisə yerində təcili yardım xidmətləri işləyirlər.