İrakli Ğaribaşvili - Bu ilin birinci rübündə işlə təmin olunanların sayı 70 min nəfər artaraq 1 milyon 271 min nəfər təşkil edib
Bu ilin birinci rübündə işlə təmin olunanların sayı xeyli – 70 min nəfər artaraq 1 milyon 271 min nəfər təşkil edib – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili parlamentə illik hesabatını təqdim edərkən bu sözləri deyib.
Baş nazir, işsizliyin azalmasının ilk növbədə özəl sektorda iş yerlərinin artması ilə bağlı olduğunu bildirib.
“İşsizliyin azalması ilk növbədə özəl sektorda iş yerlərinin artması, yaratdığımız mühitlə bağlıdır. Onu da qeyd edim ki, biznes sektorunda iş yerlərinin sayı xeyli artıb. Ötən illə müqayisədə bu rəqəm kifayət qədər təsir edicidir. Mütləq yoxsulluq səviyyəsi də 15,6%-lik tarixi minimuma düşüb, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə irəliləyişdir. 2012-ci ildə yoxsulluq səviyyəsi 30,0%, 30%- əvvəlki hökumət dövründə yoxsulluq səviyyəsi idi. Bu il yoxsulluq tarixi minimuma çatıb – 15,6%. Bu o deməkdir ki, son on ildə yoxsulluğun səviyyəsi demək olar ki, iki dəfə azalıb, yarım milyondan çox insan yoxsulluqdan xilas olub, daha dəqiq desək, 535 min insan yoxsulluqdan xilas olub”, – İrakli Ğaribaşvili bildirib.