İrakli Ğaribaşvili - bu il büdcə şəffaflığı baxımından biz dünyada birinci yeri tutduq, bu, hökumətimizin böyük nailiyyətidir
İrakli Ğaribaşvili - bu il büdcə şəffaflığı baxımından biz dünyada birinci yeri tutduq, bu, hökumətimizin böyük nailiyyətidir

 

Açıq Büdcə İndeksinə görə, bu il büdcə şəffaflığı istiqamətində dünyada birinci yeri tutduq ki, bu da hökumətimizin çox böyük nailiyyətidir və ümumiyyətlə hökumətimizin açıq və şəffaf fəaliyyətindən xəbər verir – deyə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili 2022-ci ilin hesabatını təqdim edərkən bildirib.

Hökumət başçısı hökumətin əsas vəzifəsinin sülh və sabitliyi qorumaq olduğunu bildirib.

“Dövlətimizin tərəqqisini əyani şəkildə nümayiş etdirən bəzi mühüm nailiyyətləri qeyd etmək istərdim. Açıq Büdcə İndeksinə görə 10 il əvvəl Gürcüstan şəffaflığı məhdud olan ölkələrə aid idi. 2015-ci ildən biz əhəmiyyətli dərəcədə şəffaf ölkələr sırasına keçdik, 2017-ci ildən isə tam şəffaf ölkələr sırasındayıq və bilirsiniz ki, bu il biz büdcə şəffaflığı istiqamətində dünyada birinci yeri tutduq, bu, təbii ki, hökumətimizin böyük nailiyyətidir və ümumiyyətlə hökumətimizin açıq və şəffaf fəaliyyətindən xəbər verir.

Sizə hesabat vermək istədiyim əsas prioritetlər bunlardır. Hökumətimizin üzvlərinə, parlamentimizə, komandamıza, hakim partiyamıza, cəmiyyətimizə, kilsəmizə təşəkkür etmək istəyirəm.

Bir daha qeyd etmək istəyirəm ki, biz çağırışlarla dolu bu dövrü kifayət qədər rasional və düzgün idarə edirik və inanıram ki, ümumi iştirakımızla, ictimaiyyətin dəstəyi ilə bu dövrü əmin-amanlıq içində keçəcəyik. Bizim əsas vəzifəmiz bu inkişafın əsasını təşkil edən sabitliyi, rifahı qorumaqdır” – deyə Baş nazir bildirib.