İrakli Ğaribaşvili - bu il Anakliya limanının tikintisinə başlamaq istəyirik, bunun üzərində işləyirik, İqtisadiyyat Nazirliyi işin öhdəsindən çox yaxşı gəlir
İrakli Ğaribaşvili - bu il Anakliya limanının tikintisinə başlamaq istəyirik, bunun üzərində işləyirik, İqtisadiyyat Nazirliyi işin öhdəsindən çox yaxşı gəlir

 
Bu il Anakliya limanının tikintisinə başlamaq istəyirik, bunun üzərində işləyirik, İqtisadiyyat Nazirliyi işin öhdəsindən çox yaxşı gəlir -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.

O, bu il böyük su elektrik stansiyaları layihəsinə başlayacaqlarını bildirir.

“Həmçinin məlumat üçün onu deyim ki, biz indi “Xudon” layihəsinin modifikasiyası üzərində işləyirik. Nəyi nəzərdə tuturam, bildiyiniz kimi- bu, bizim hamımız üçün olduqca həssas məsələ idi, çünki mövcud layihəyə əsasən kəndin, qəbirlərin, kilsənin su altında qalması nəzərdə tutulurdu, bu, təbii ki, çox ağır olardı. Bu səbəbdən mənim tapşırığımla biz indi yeni layihələr üzərində işləyirik ki, onlar elə tikilməlidir ki, həyata keçirilsə, artıq su basmağa ehtiyac qalmayacaq. Güc bir qədər azaldıla bilər, lakin mütəxəssislərimiz istehsalın demək olar ki, eyni ola biləcəyini söyləyirlər. Bu səbəbdən baş verərsə , çox sevindirici olacaq.

Buradaca qeyd edim ki, biz dövlətin, yəni hökumətin iştirakı ilə belə böyük layihələr həyata keçirməyi planlaşdırırıq. Biz bu layihələrdə lider olmalıyıq, çünki bunlar ümummilli əhəmiyyət kəsb edən böyük dövlət layihələridir”- deyə İrakli Ğaribaşvili açıqlayıb.