İrakli Ğaribaşvili-bu gündən Çin vətəndaşları üçün vizasız rejim qüvvəyə minəcək
Bu gündən Çin vətəndaşları üçün vizasız rejim qüvvəyə minəcək-deyə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.
Bu barədə İrakli Ğaribaşvili hökumətin iclasında danışıb.
Hökumət başçısı çinli turistlərin dünyanın ən arzuolunan turistləri hesab edildiyini deyib.
“Biz bu gündən etibarən Çin vətəndaşları üçün vizasız rejimin qüvvəyə minməsi barədə qərar qəbul etdik. Bu gün müvafiq fərmanı imzalayacağam. Bu, daha çox turistin Gürcüstana gəlməsi üçün olduqca mühüm, təşviqedici olacaq. Demək istəyirəm ki, çinli turistlər dünyanın ən arzuolunan turistləri hesab olunurlar. Bizim birbaşa uçuşlarımız da var” – Ğaribaşvili açıqlayıb.