İrakli Ğaribaşvili - bu gün Gürcüstanın milli qəhrəmanı, Giorgi Ansuxelidzenin 38 yaşı tamam olacaqdı, Gürcüstanın böyük tarixini məhz belə qəhrəmanlar yaradırlar
İrakli Ğaribaşvili - bu gün Gürcüstanın milli qəhrəmanı, Giorgi Ansuxelidzenin 38 yaşı tamam olacaqdı, Gürcüstanın böyük tarixini məhz belə qəhrəmanlar yaradırlar

Bu gün Gürcüstanın milli qəhrəmanı, Giorgi Ansuxelidzenin 38 yaşı tamam olacaqdı, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “feysbuk” sosial şəbəkəsində yazır.

Hökumət başçısının dediyinə görə, məhz belə qəhrəmanlar Gürcüstanın böyük tarixini yaradır, onun müstəqilliyini və dövlətçiliyini möhkəmləndirir.

“23 yaşlı serjantın mənəvi cəsarəti, düşmən qarşısında barışmazlığı, vətənə fədakarlığı hər birimiz və gələcək nəsillər üçün örnəkdir.

Bütün ictimaiyyətimizlə birlikdə onun parlaq xatirəsi qarşısında baş əyirəm”, – İrakli Ğaribaşvili qeyd edir.