İrakli Ğaribaşvili - bu gün, bütün beynəlxalq ictimaiyyətlə birlikdə milyonlarla Holokost qurbanlarının parlaq xatirəsini ehtiramla yad edirik
İrakli Ğaribaşvili - bu gün, bütün beynəlxalq ictimaiyyətlə birlikdə milyonlarla Holokost qurbanlarının parlaq xatirəsini ehtiramla yad edirik

Bu gün, bütün beynəlxalq ictimaiyyətlə birlikdə milyonlarla Holokost qurbanlarının parlaq xatirəsini ehtiramla yad edirik, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Baş nazir bəşər tarixinin ən faciəli hadisəsindən möcüzəvi şəkildə xilas olanlara xüsusi hörmətini ifadə edir.

“Bu gün, bütün beynəlxalq ictimaiyyətlə birlikdə milyonlarla Holokost qurbanlarının parlaq xatirəsini ehtiramla yad edirik.

Bəşər tarixinin ən faciəli hadisəsindən möcüzəvi şəkildə xilas olanlara xüsusi hörmətimi ifadə edirəm.

Bu gün biz bir daha belə bir faciənin təkrarlanmasına imkan verməmək öhdəliyimizi, və nifrətin bütün formalarına qarşı durmaq, daha təhlükəsiz və daha azad dünya qurmaq öhdəliyini təsdiqləyirik”, – baş nazir qeyd edir.

Məılumatı hökumətin mətbuat xidməti  yayır.