İrakli Ğaribaşvili - bu gün Brüsselə səfər edəcəyəm, yüksək səviyyəli görüşlərim olacaq, təqdim etdiyimiz sorğu vərəqəsi ətrafında müzakirələr aparacağıq
İrakli Ğaribaşvili - bu gün Brüsselə səfər edəcəyəm, yüksək səviyyəli görüşlərim olacaq, təqdim etdiyimiz sorğu vərəqəsi ətrafında müzakirələr aparacağıq

 
Bu gün Brüsselə səfər edəcəyəm, yüksək səviyyəli görüşlərim olacaq.Təbii ki, təqdim etdiyimiz sorğu vərəqəsi ətrafında müzakirələr aparacağıq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, o, NATO-nun baş katibi, Avropa Şurasının prezidenti cənab Şarl Mişel, Avropa Parlamentinin prezidenti və digər mühüm insanlarla görüşlər keçirəcək.

“Bildiyiniz kimi, sorğu vərəqəsi üzərində işi vaxtından əvvəl başa çatdırmışıq. Sorğu vərəqəsinin vaxtında tamamlanaraq , Aİ-yə təqdim olunmasında iştirak edən, prosesə qoşulan bütün dövlət xadimlərinə, nazirlərə, hər kəsə, bütün hökumətə, bütün qurumlara, parlamentə bir daha təşəkkür etmək istəyirəm. Bu və digər məsələlərlə bağlı Brüsseldə yüksək səviyyədə görüşlərim olacaq. NATO-nun baş katibi, Avropa Şurasının prezidenti cənab Şarl Mişel, Avropa Parlamentinin prezidenti və digər mühüm insanlarla görüşlərim olacaq. Belə ki, bu nəticələri daha sonra ictimaiyyətə təqdim edəcəyik” – deyə İrakli Ğaribaşvili bildirib.