İrakli Ğaribaşvili - bu gün biz müharibədə həlak olan qəhrəman hərbçilərin və dinc sakinlərin xatirəsini bir daha yad edəcəyik, iqtidarımız ölkənin sülh yolu ilə birləşməsinə sadiq qalır
İrakli Ğaribaşvili - bu gün biz müharibədə həlak olan qəhrəman hərbçilərin və dinc sakinlərin xatirəsini bir daha yad edəcəyik, iqtidarımız ölkənin sülh yolu ilə birləşməsinə sadiq qalır

 
Biz dinc, vahid, güclü, inkişaf etmiş Gürcüstanın gürcülər, osetinlər, abxazlar və torpağımızda yaşayan bütün xalqlar üçün ən yaxşı perspektiv olduğuna dair sarsılmaz inamla hərəkət edirik və bu məqsədin tezliklə reallaşması üçün hər şeyi edirik- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

“2008-ci ilin avqust müharibəsinin başlamasından 15 il ötür; Bugünkü gün bizim hamımız üçün xüsusi önəm daşıyır- Rusiyanın hərbi təcavüzü böyük insan tələfatı, dinc əhalinin məcburi köçkünə çevrilməsi və ərazilərimizin müvəqqəti işğalı ilə nəticələndi, bu da ölkəmizin suverenliyi və gələcək inkişafı üçün hələ də əsas problem olaraq qalır.

Bu gün biz müharibədə həlak olan qəhrəman hərbçilərimizin və mülki sakinlərin parlaq xatirəsini bir daha yad edəcəyik.

İqtidarımız ərazi bütövlüyünün bərpası və ölkənin sülh yolu ilə birləşməsinə sadiq qalır; Biz dinc, vahid, güclü, inkişaf etmiş Gürcüstanın gürcülər, osetinlər, abxazlar və torpağımızda yaşayan bütün xalqlar üçün ən yaxşı perspektiv olduğuna dair sarsılmaz inamla hərəkət edirik və bu məqsədin tezliklə reallaşması üçün hər şeyi edirik”-deyə İrakli Ğaribaşvilinin açıqlamasında deyilir.