İrakli Ğaribaşvili - Bu gün biz ən böyük yazıçı və ictimai xadim, müasir Gürcüstanın əsas yaradıcılarından biri İlia Çavçavadzenin doğum gününü qeyd edirik
İrakli Ğaribaşvili - Bu gün biz ən böyük yazıçı və ictimai xadim, müasir Gürcüstanın əsas yaradıcılarından biri İlia Çavçavadzenin doğum gününü qeyd edirik

Bu gün biz ən böyük yazıçı və ictimai xadim, müasir Gürcüstanın əsas yaradıcılarından biri İlia Çavçavadzenin doğum gününü qeyd edirik, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Facebook” sosial şəbəkəsində yazıb.

Hökumət başçısının sözlərinə görə, İlianın bütün həyatı, hər bir addımı və təşəbbüsü Gürcüstanın güclənməsinə, onun cəmiyyətinin inkişafına yönəlib.

“Tarixdə nadir haldır ki, bir nəfər inanılmaz miqyaslı şəxsi səyləri ilə ölkənin gələcəyini müəyyən edə bilsin. İliyanın yaradıcılığı gürcü xalqında yatmış milli mənlik şüurunu və dövlət təfəkkürünü oyatdı. Onun çoxşaxəli ictimai fəaliyyəti bu gün davam etdirdiyimiz və hələ uzun müddət əsas diqqətimizi saxlayacaq inkişafa yol açdı.

“Sizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm və sizə  İlia yolunda getməyi – vətənə və həqiqətə xidmət etməyi arzulayıram”, – deyə Baş nazir bildirib.