Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili bu gün Batumidə Polşalı həmkarı, Mateuş Moravetskini qəbul edəcək. Məlumatı hökumətin mətbuat xidməti yayır. Elə onların sözlərinə görə, Polşanın baş naziri Gürcüstana bir günlük işgüzar səfərlə gəlir.
“Səfər zamanı Gürcüstan və Polşanın baş nazirləri üzbəüz və geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər birgə bəyanatlarla çıxış edəcəklər.
İşgüzar səfər çərçivəsində Gürcüstan və Polşanın baş nazirləri prezident Lex Kaçinskinin yeni bulvarda ucaldılmış abidəsini birgə açacaqlar”, – Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.