İrakli Ğaribaşvili bu gün Ali Ədliyyə Şurasının üzvləri ilə görüşəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bu gün Ali Ədliyyə Şurasının üzvləri ilə görüşəcək.
Baş nazirin mətbuat xidməti görüşün Ali Məhkəmədə keçiriləcəyinə dair məlumat yayır.
İrakli Ğaribaşvili və Ali Ədliyyə Şurasının üzvləri arasında görüşün saat 12:00-da keçirilməsi planlaşdırılıb.