İrakli Ğaribaşvili - bu faciəni siyasi məqsədlərə nail olmaq üçün istifadə etmək cəhdini gördük, bundan amoral nə ola bilər
İrakli Ğaribaşvili - bu faciəni siyasi məqsədlərə nail olmaq üçün istifadə etmək cəhdini gördük, bundan amoral nə ola bilər

Bu faciəni siyasi məqsədlərə nail olmaq üçün istifadə etmək cəhdini gördük. Bundan amoral nə ola bilər ki, vəfat edən insanın faciəsi ilə öz siyasi məqsədlərinə nail olmağa çalışırsan, – bu barədə Gürcüstanın baş nazri, İrakli Ğaribaşvili hökumətin administrasiyasında keçirilən brifinqdə bəyan etdi.

Elə onun dediyinə görə, Lekso Laşkravanın vəfat etməsi ilə bağlı bütün zoraklıq edənlər bütün sərtliyi ilə cəzalandırılacaqlar.

“Son günlər ərzində inkişaf edən hadisələr barəsində öz dəyərləndirməmi vermək istəyirəm. Sözsüz ki, bu hökumətə qarşı növbəti uğursuz sui-qəsddir. Hökumətə qarşı və kilsəyə qarşı qüvvələr tərəfindən planlaşdırlmış sui-qəsd baş tuta bilmədi və heç bir zamanda baş tuta bilməz. Bu faciəni siyasi məqsədlərə nail olmaq üçün istifadə etmək cəhdini gördük. Bundan amoral nə ola bilər ki, vəfat edən insanın faciəsi ilə öz siyasi məqsədlərinə nail olmağa çalışırsan. Sözsüz ki, fərqi yoxdur Lekso Laşkarava hansı səbəbdən vəfat etdi. Bütün zoraklıq edənlər bütün sərtliyi ilə cəzalandırılacaqlar. Polis artıq dörd nəfəri yaxalayıb. Ölkədə istənilən zoraklığa maniəçilik törədəcəyik, qinayırdıq və həmişə qınayacağıq”, –  İrakli Ğaribaşvili bəyan etdi.