Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Belçikaya işgüzar səfərə yollanıb.
Hökumət Administrasiyasının mətbuat xidməti İrakli Ğaribaşvilinin Brüsselə səfəri çərçivəsində həm NATO, həm də Avropa İttifaqında yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcəyinə dair məlumat yayır.
Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.