İrakli Ğaribaşvili Brüsselə işgüzar səfərə yollanıb
İrakli Ğaribaşvili Brüsselə işgüzar səfərə yollanıb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Belçika Krallığına, Brüsselə işgüzar səfərə yollanıb.

Hökumət başçısı Avropa Komissiyasının təşkil etdiyi forumda – “Global Gateway Forum 2023”də iştirak edəcək.

Global Gateway Forum 2023” rəqəmsal, enerji və nəqliyyat sektorlarında təhlükəsiz əlaqələrin yaxşılaşdırılmasına, eləcə də bütün dünyada səhiyyə, təhsil və tədqiqat sistemlərinin gücləndirilməsinə yönəlmiş Avropa strategiyasıdır.

Global Gateway Forum 2023” Birləşmiş Millətlər Təşkilatının 2030 Gündəliyinə, Dayanıqlı İnkişaf Məqsədlərinə və Paris Sazişinə tam uyğundur. Strategiyanın məqsədi prioritet sahələrin maliyyələşdirilməsi üçün 300 milyard avroya qədər investisiyaların səfərbər edilməsidir.

“Global Gateway” həm Avropa İttifaqını, həm də onun üzv dövlətlərini, eləcə də maliyyə və inkişaf institutlarını transformativ təsir üçün investisiyalardan istifadə etmək üçün özəl sektoru səfərbər etmək üçün bir araya gətirir.

Forum çərçivəsində keçirilən “Nəqliyyat dəhlizləri” işçi panelində baş nazir İrakli Ğaribaşvili əsas məruzəçi olacaq.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilini forumda iştirak etmək üçün Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien dəvət edib.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.